Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən il 505 nəfər İİV-ə yoluxub - STATİSTİKA

  • 2021.03.09 17:13
  • 1334 Baxış
Ötən il 505 nəfər İİV-ə yoluxub -  STATİSTİKA

Hesabat ili ərzində ölkəmizdə insan immunçatışmazlığı virusuna (İİV) yeni yoluxmuş 505 nəfər qeydə alınıb.

Medicina.az -ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, 2019-cu ildə bu rəqəm 642 nəfər olub.

“2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində qeydiyyatda olan bütün xəstələr 2029-ci il ərzində müvafiq dərman preparatları ilə təmin olunub, əhali arasında bu xəstəliyin profilaktikasına dair geniş maarifləndirmə işi aparılıb. Görülən tədbirlər nəticəsində ölkəmiz insan immunçatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır. Belə ki, 2020-ci ilin göstəricilərinə əsasən, hər 100 min nəfər əhaliyə 5.02 İİV daşıyıcısı va( 2019-cu ildə bu göstərici 6.43 olub).