Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2020-ci ildə 18 xəstəyə böyrək köçürülüb

  • 2021.03.09 17:06
  • 1259 Baxış
2020-ci ildə 18 xəstəyə böyrək köçürülüb

2020-ci ildə 3.6 minə yaxın xəstə dövlət hesabına proqramlı hemodializ seansları və müvafiq dərman preparatları ilə, 1000-dən artıq böyrək transplantasiyası keçirmiş xəstə isə immunosupressiv preparatlarla tam həcmdə təmin olunub.

Medicina.az -ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, 2020-ci il ərzində 1.1 min yeni xəstə proqramlə hemodializ seanslarına qəbul edilib. 135 nəfər dövlət hesabına böyrək köçürmə əməliyyatlarının icra olunması üçün yüksək maliyyə vəsaiti tələb edən donor-resipiyent uyğunluğu müayinələrindən keçirilməsi məqsədilə aidiyyəti tibb müəssilərinə göndərilib, bunlardan uyğun gəlmiş 18 xəstəyə böyrək nəqli əməliyyatı icra edilib, daha 14 xəstənin əməliyyat vaxtı təyin olunub.