Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən il 117 üçəm, 4 dördəm doğulub

  • 2025.02.18 07:47
  • 428 Baxış
Ötən il 117 üçəm,  4 dördəm doğulub

Ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102 min 310 doğulan körpə qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 11,1-dən 10-a düşüb.

Medicina.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53, qız uşaqlarının xüsusi çəkisi isə 47 faiz olub.
Ətraflı

Körpələrdən 3 min 386-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulub.

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (12,6), Lənkəran-Astara (11,9), Qarabağ və Şərqi Zəngəzur (11,8), Quba-Xaçmaz və Mil-Muğan (11,5), Mərkəzi Aran (11,4), Şirvan-Salyan (11,2), Qazax-Tovuz (11,0) iqtisadi rayonlarında ölkə göstəricisindən (10,0) yüksək olub.

Ötən il ölkədə 58 min 909 ölüm halı qeydə alınıb və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 5,8-ə düşüb. Ölənlərin 2 min 519 nəfəri (4,3 faizi) 0-17 yaşda, 5 min 880 nəfəri (10,0 faizi) 18-49 yaşda, 14 min 693 nəfəri (24,9 faizi) 50-64 yaşda, 35 min 817 nəfəri (60,8 faizi) isə 65 və yuxarı yaşda olub.