Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evi tərk edən 2 koronavirus xəstəsi vəfat etdi

  • 2020.12.03 10:51
  • 1399 Baxış
Evi tərk edən 2 koronavirus xəstəsi vəfat etdi

Koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, ötən gün daxili işlər orqanları əməkdaşları tərəfindən yaşayış yerini tərk edən 27 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb:

"Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir".