Martın 29-u Azərbaycan koronavirus (COVID-19) infeksiyasına qarşı 28 926 nəfər vaksinasiya olunub.
Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 536 871 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.