Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən ay neçə nəfəri ilan sancıb? - AÇIQLAMA

  • 2021.09.08 13:31
  • 1652 Baxış
Ötən ay neçə nəfəri ilan sancıb? -  AÇIQLAMA
“Avqust ayında 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) 39 nəfər müraciət edib”.

Medicina.az xəbər verir ki, bu barədə Oxu.az-a Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.

O bildirib ki, ilan sancması ilə müraciət edən 13 nəfərdən üçü azyaşlı olub:

“Gürzə sancması ilə müraciət edənlərin hər birinə zərdab vurulub. Onlardan yalnız birinin vəziyyəti ağır olduğundan hələ də şöbədə müalicəsi davam edir. Üç nəfər sirkə turşusundan zəhərlənmə ilə müraciət edib. Səkkiz nəfər həkim tərəfindən təyin edilən dərman qəbulu zamanı allergik reaksiya ilə müraciət edib. Dördü uşaq olmaqla 12 nəfər dərman zəhərlənməsi ilə müraciət edib. Böyük ehtimalla həkim nəzarəti olmadan alınan və düzgün dozada qəbul edilməyən dərmanlardan olub. Daha üç nəfər isə dəm qazı zəhərlənməsi ilə məsləhət alıb”.