Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən ay Bakıda 27 nəfəri gün vurub

  • 2024.07.02 11:47
  • 907 Baxış
Ötən ay Bakıda  27 nəfəri gün vurub
İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar 27 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Medicina.az -a Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 5 nəfər xəstəxanaya hospitalizasiya olunub, 20-nə yerində yardım göstərilib, 2-si isə hospitalizasiyadan imtina edib: "Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında şəxslərdir".

Qeyd edək ki, 2023-cü ilin iyun ayı ərzində Bakı şəhəri üzrə təcili tibbi yardıma günvurma ilə əlaqədar 9 nəfərin müraciəti qeydə alınıb. Onlardan 2 nəfər xəstəxanaya təxliyə olunub, 7 nəfərə isə yerində yardım göstərilib.