Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən ay 7 nəfər zəhərlənmədən öldü

  • 2023.09.05 09:24
  • 1383 Baxış
Ötən ay  7 nəfər zəhərlənmədən öldü
Avqust ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 703 nəfər müraciət edib.


Mərkəzin Mətbuat xidmətindən Medicina.az -a verilən məlumata görə, onlardan 162 nəfər Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.


Qəbul olunan xəstələrdən 83-ü dərmandan, 37-si sirkə turşusundan, 17-si etanoldan, 2-si dəm qazından 1-i anaflaksiyadan zəhərlənib. Digərlərindən 4-ü allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.


Həmçinin onlardan 16 nəfəri ilan, 1-ni isə həşərat sancıb.


Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib. Onlardan 6-sı kişi, 1-i qadın olub. Ölüm halının 6-sı sirkə turşusundan, 1-i isə dərman zəhərlənməsindən baş verib.