Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən ay 165 nəfər zəhərlənib, 9-u ölüb

  • 2024.04.03 09:52
  • 873 Baxış
Ötən ay 165 nəfər zəhərlənib,  9-u ölüb
Mart ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 165 müraciət daxil olub.

Medicina.az xəbər verir ki, bu barədə KTM-nin yaydığı məlumatda qeyd edilib.


Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.

Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib. Onlardan 4-ü qadın, 5-i kişi olub.

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.