Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Osteoporoz riskini aradan qaldıran qidalar - Portağal, əncir qurusu və...

  • 2024.02.26 21:33
  • 869 Baxış
Osteoporoz riskini aradan qaldıran qidalar -  Portağal, əncir qurusu və...
Sümük özünü daim yeniləyən və təmir edən canlı toxumadır. Təəssüf ki, 50 yaşdan sonra sümüklər möhkəmliyini və gücünü itirməyə başlayır. Bu isə osteoporoz adlı sümük xəstəliyinə gətirib çıxarır və sümük sınması riskini artırır.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, sümükləri möhkəmləndirmək üçün kalsium və D vitamininə ehtiyac var.
Bədənimiz kalsium istehsal edə bilmir, ona görə də kalsiumla zəngin qidalardan istifadə etmək çox vacibdir.

Vitamin D isə orqanizmin qidalardan kalsiumu mənimsəməsinə kömək edir.

Sümükləri möhkəm saxlamaq üçün istifadə edə biləcəyiniz ən təsirli qidalar bunlardır:

Əncir qurusu

Qurudulmuş əncir həm kalsium, həm də kalium, yəni osteoporozun qarşısını almaq üçün birlikdə işləyən mineralların ən yaxşı mənbəyidir.

Quru əncirin tərkibində bitki əsaslı qida maddələri (fitokimyəvi maddələr), həmçinin hüceyrə zədələnməsinin qarşısını almağa kömək edən maddələr (antioksidantlar) var.

Brokkoli

Brokkoli də bol miqdarda kalsium ehtiva edir. Bu tərəvəz sümük əriməsinə qarşı qoruyucu rol oynayan C vitamini ilə də zəngindir. Brokkolini çiy və ya bişmiş halda istehlak edə bilərsiniz.

Badam

Badam təkcə güclü sümüklərin əsası olan kalsiumu deyil, həm də sümük əmələ gəlməsi üçün vacib olan fosforu təmin edir. Yetkin insanların orqanizmindəki fosforun 85 faizindən çoxu sümüklərdə toplanır. Onun əsas funksiyalarından biri dişləri və sümükləri sağlam saxlamaq üçün kalsiumla işləmək, həmçinin enerji səviyyənizi qoruyub saxlamaqdır.
Fosfor həm də sinir hüceyrələrimizin və beynimizin yaxşı işləməsində mühüm rol oynayır.

Portağal

Portağalın askorbin turşusu kimi tanınan C vitamini ilə dolu olduğunu bilirik. Bu vitamin xüsusilə onurğada sümük möhkəmliyini artırmağa kömək edir. Bir araşdırma göstərir ki, C vitamini daha az fiziki aktivliyi olan insanlarda belə osteoporoz riskini azaldır.
Bundan əlavə, C vitamini sümüyün mühüm tərkib hissəsi olan kollagenin istehsalı üçün də çox vacibdir. Portağalda az miqdarda kalsium da var. Portağalda olan C vitamini qidadan kalsiumun udulmasını artırır və sınıqlardan sonra sümüklərin sağalmasını sürətləndirmək potensialına malikdir.

Gavalı qurusu

Gavalı qəbizlik və kolon xərçənginin qarşısını almaq qabiliyyəti ilə tanınır. Amma quru gavalının bir çox başqa faydaları da var.
Aparılan araşdırmalar altı ay ərzində gündə beş və ya altı ədəd gavalı qurusu yeməyin omba sümüklərini möhkəmlətdiyini üzə çıxarıb.

Lakin gavalının ishala səbəb olub-olmadığını müəyyən etmək üçün bir həftə ərzində gündə bir və ya iki ədəd istehlak etməklə başlamaq tövsiyə olunur. Sonra, tədricən gün ərzində beş və ya altı gavalı yeməyə başlaya bilərsiniz.

Quru lobya

Bütün növ paxlalar bədənin möhkəm sümüklər üçün ehtiyac duyduğu kalsiumun əla mənbəyidir.

Quru lobya, həmçinin sağlam sümükləri dəstəkləyən bir mineral olan maqneziumla və bədəninizin enerji istehsal etməsi üçün lazım olan fosforla da zəngindir.


Gül