Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Osteoartrit – özünə köməyin 8 yolu

  • 2023.07.12 18:19
  • 1446 Baxış
Osteoartrit – özünə köməyin 8 yolu
Osteoartrit oynaqlarda baş verən iltihabi, degenerativ prosesdir.


“Medicina” xəbər verir ki, həkim Komarovskinin sözlərinə görə, osteortritin qarşısını almaq üçün əsas 8 yol var.


1. Fiziki aktivlik – əgər siz ağrılar çoxdu deyə, bədəninizə ağırlıq çokür deyə yatağınızda qalacaqsınızsa, həyatınızı dəyışməyəcəksinizsə, günü -gündən daha çox əziyyət çəkəcəksiniz. Məhz hərəkət edərək, qan dövranınız yaxşılaşacaq, oynaqlarınızı yağlandıracaqsız.

2. Diyeta – bildiyimiz kimi pəhrizdə ən əsas meyvə və tərəvəzlər böyük rol oynayır. Heyvan yağlarından uzaq olmaq, lakin Omeqa -3 ən vacib hesab edilən yağlar siyahısındadır.

3. Arıqlamaq – hər artıq çəki oynaqlar üçün yük hesab edilir. Əsasən də bud və dizlərdə yığılan piylər oynaqların sağlamlığında əsas rol oynayır.

4. Yuxu rejimi – norması mütləqdir, oynaqlarınızı dinləndirin.

5. İsti, soyuq və qıcıqlandırıcı amillər təsirindən qaynaqlana ayaq ağrıları mümkündür. Bəzilərinə isti, bəzilərinə soyuq kompreslər oynaqlardakı rahatlığa və ya narahatçılığa səbəb olur. Hətta bəzi dərman pereparatları və mazlar da daxil olmaqla.

6. Preparatlar – siz ağrı çəkmək zorunda deyilsiniz.

Ağrıkəsici dərmanların bir nömrəlisi daxilə qəbul edilən parasetamoldur. Qeyri-steroid preparatlar reseptsiz satılır. Bunlara maz, krem, gel, yapışqanlar daxildir. Onların daxilində ibuprofen, nimesulit, deklofenak və.s. Əgər orqanizminizə uyğun və düşərli olanı seçə bilmirsinizsə, bu zaman həkimə müraciət edin.

7. Xondroitin və qlükozamin tərkibli qatqılar və preparatlar oynaq ağırılarının qarşısını almağa kömək edəcək. Tibbdə bu təsdiqini tapmışdır. Lakin həkimlə məsləhətləşib qəbul etmək olar.

8. Massaj və iynə terapiyası da oynaqlarda ağrıların götürülməsinə kömək edəcək.

Günay Quluzadə