Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Osman Müftüoğludan maqnezium çatışmazlığından əziyyət çəkənlərə tövsiyələr

  • 2024.02.28 17:15
  • 1178 Baxış
Osman Müftüoğludan maqnezium çatışmazlığından  əziyyət çəkənlərə tövsiyələr
Maqnezium bədənimizin sağlam olması üçün lazımlı minerallardan biridir. Prof. Dr. Osman Müftüoğlu sağlam qidalanan fərdlərin heç bir maqnezium əlavəsinə ehtiyac duymayacağını deyir.

Medicina.az Osman Müftüoğlunun maqneziumla bağlı tövsiyələrini təqdim edir:

Maqnezium hüceyrələrimizi enerji ilə təmin edir. Maqnezium çatışmazlığı əzələ kramplarına, yorğunluğa və digər sağlamlıq problemlərinə səbəb olur.

Osman Müftüoğlu bu mineralın ən çox aşağıdakı qidalarda olduğunu bildirir:

İspanaq

1 stəkan ispanaqda 157 mq maqnezium var. Bu o deməkdir ki, ispanaq yeməklə gündəlik maqnezium ehtiyacınızın 40%-ni qarşılaya bilərsiniz.

Avokado

Orta ölçülü bir avodako 58 mq maqnezium ehtiva edir. Bu, gündəlik ehtiyacımızın 15%-ni təşkil edir.

Əncir

1 ədəd orta ölçülü əncir gündəlik maqnezium ehtiyacınızın 13%-ni ödəyə bilər.

Qara lobya

Yarım stəkan qara lobya gündəlik maqnezium ehtiyacının 15%-ni təmin edir. Yüksək miqdarda lif ehtiva edən qara lobya qan şəkərini tarazlayır və tez ac qalmağın qarşısını da alır.

Tünd şokolad

Davamlı olaraq tərəvəz yeməkdən bezənlər üçün tünd şokolad da bir seçim ola bilər. 1 kvadrat tünd şokoladın tərkibində 95 mq maqnezium var. Bu, gündəlik maqnezium ehtiyacının 24%-i deməkdir.

Qatıq və ya kefir

Yararlı probiyotikləri ehtiva edən qatığın 1 stəkanında 59 mq maqnezium var. Kefir də bu mineraldan təxminən eyni miqdarda ehtiva edir. Qatıq və ya kefir istehlak etmək gündəlik ehtiyacınızın 13%-ni ödəyir. Bu isə özünüzü daha gümrah və sağlam hiss etdirəcək.

Badam

30 qram badamın tərkibində gündəlik ehtiyacın 20%-ni qarşılayan maqnezium var. Ən faydalı çərəzlərdən olan badamı hər gün yemək olar.


Gül