Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Öskürək dərmanları yaddaşı pozur

  • 2023.06.12 15:16
  • 1947 Baxış
Öskürək dərmanları yaddaşı pozur
Bəzi öskürək dərmanları yaddaş pozulmasına səbəb ola bilər.

“Medicina” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Kodein tiryək alkaloidi, analqetik və yüngül narkotik maddədir.


Kodein təkcə analqetiklərin istehsalında deyil, həm də öskürək və soyuqdəymə dərmanlarının istehsalında istifadə olunur.

Kodeinin həddindən artıq dozasını aldıqda aşağıdakı simptomlar mümkündür: mərkəzi sinir sisteminin depressiyası, tənəffüs çatışmazlığı, qaşınma və dərinin qızartısı.


Ancaq məlum oldu ki, bu dərmanın həddindən artıq dozası daha ciddi nəticələrə səbəb ola bilər, məsələn, yaddaş itkisi.

Həkimlər kodeinin həddindən artıq dozasının çox təhlükəli nəticələrə səbəb ola biləcəyini xatırladır və valideynləri diqqətli olmağa çağırır.

Günay Quluzadə