Hazırda elə bir insan yoxdur ki, ağciyər və tənəffüs yollarının müxtəlif xəstəliklərindən, öskürəkdən əziyyət çəkməsin. Öskürək bəzən ağırlaşaraq bronxit, bronxit isə müalicə olunmadıqda astma bronxitə çevrilir.
Tənəffüs orqanlarının xəstəliklərinin səbəbləri allergiya, göbələk, infeksiyalar və iltihab ola bilər.
Medicina.az bu xəstəliklərdə nənələrimizin sınadığı bir effektli resepti təqdim edir:
Lazımdır:
Qırmızı (bənövşəyi) soğan – yarım kq
Şəkər tozu – yarım kq
limon – 2 ədəd
Su – 1,5 litr
Təmiz bal – 7 xörək qaşığı
Hazırlanması:
Soğan xırda doğranılır, tavada şəkər zəif odda isidilir, soğan bura əlavə olunur. Bir qədər pörtlədilib, sonra su əlavə edilir. Qarışım suyun 3/1 buxarlanana qədər qaynadılır.
Soyudulub, bal və limon suyu qatılır.
Şüşə qabda gecədən səhərə kimi saxlayıb, səhər tənzifdən süzüb, şüşə butula tökülür.
Hər gün 1 xörək qaşığı günorta yeməkdən əvvəl içilir.
Məhlul bitənə kimi içilir, 15 gün fasilə verib, yenidən təkrar edə bilərsiz.