Türkiyənin məşhur müğənnisi Orxan Gəncəbay və həyat yoldaşı Sevim Əmrə donuz qripinə yoluxub.
Medicina.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Sevim Əmrə məlumat yayıb: "Hər ikimiz qrip olmuşduq. Orxan isə 4 dəfə qan analizi etdirdi. Hər dəfə eyni nəticə ilə qarşılaşdıq. Analizin nəticəsində donuz qripi çıxdı. Bir həftə boyunca xəstəxanada müalicə aldı. Hazırda vəziyyəti yaxşıdır. Bir narahatlığı yoxdur”- deyə bildirib.