Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orucun 9 mühüm faydası

  • 2024.03.02 16:07
  • 1332 Baxış
Orucun 9 mühüm faydası
“İftar və sahurda düzgün qidalardan istifadə etmək, normada yemək və günün geri qalanında fasilələrlə su içmək orucun faydalı təsirlərini artırır".

Medicina.az xəbər verir ki, bunu Prof. Dr. Derya Uludüz deyib.

O bildirib ki, uzun müddət aclıq çəkən bədən sağlamlıq baxımından başdan ayağa dəyişir:

“Ancaq bu müsbət dəyişiklikləri müşahidə etmək üçün bir neçə məsləhətə əməl etmək lazımdır. Ramazanda qidalanmanıza diqqət edin. İftarda sağlam qidalar seçin, sahura qədər az-az yeyin, sahura mütləq qalxın, mütəmadi olaraq maye qəbul etməyi (xüsusilə su içməyi) unutmayın, mütləq siqaretdən uzaq durun və iftardan sonra gəzintiyə çıxın”.

Prof. Dr. Uludüz orucun sağlamlığa təsirlərini isə belə sıralayıb:

1.Bədəni toksinlərdən təmizləyir

2.Qan şəkərini tənzimləyir

3.Ürək-damar xəstəliklərindən qoruyur

4.İmmuniteti gücləndirir

5.Orqanizmdə iltihabı azaldır

6.Oruc bağırsaq mikrobiomuna yaxşı təsir edir

7.Artıq piylərdən qurtulmağa kömək edir

8.Beyni cavanlaşdırır

9.Hüceyrələri bərpa edir


Gül