Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orucu xurma, yoxsa su ilə açmaq daha yaxşıdır?

  • 2025.03.12 00:05
  • 586 Baxış
Orucu xurma, yoxsa su ilə açmaq  daha yaxşıdır?

Ramazanda kimisi xurma, kimisi zeytun, kimisi su ilə iftar edir.

Bəs, orucu açmağın ən sağlam yolu nədir?

Medicina.az xəbər verir ki, iftarınıza xurma və ya su ilə başlasanız, fərqli nəticələr əldə edəcəksiniz.



Xurma:

Peyğəmbərimizin (s) sünnəsi olan xurma ilə iftar gün ərzində aşağı düşmüş şəkər səviyyəsini düzəldir və bədənə qısa zamanda lazım olan enerjini verir. Həmçinin bağırsaqları aktivləşdirərək həzmi asanlaşdırır.

Zeytun:

Zeytunun tərkibindəki təbii yağlar mədəni qoruyur və həzmə kömək edir. Bundan əlavə, Peyğəmbərimiz (s.ə.s.) xurma olmayanda zeytun ilə açılmasını təklif edib.



Su:

Gün ərzində susuz qalan bədən, ehtiyac duyduğu suyu aldığı zaman mədəni həzmsizlikdən qoruya bilir. Həmçinin susuzluğun səbəb olduğu baş ağrısını aradan qaldıraraq həddindən artıq qida qəbulunun qarşısını alır.



Mütəxəssislər əvvəlcə bir az su içib, sonra xurma və ya zeytun ilə iftar etməyin daha sağlam olduğunu bildirirlər.

Aygün
Medicina.az