Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orucluqda idman edənlər, diqqət! – BU YAZI SİZİN ÜÇÜNDÜR

  • 2019.05.09 14:28
  • 11910 Baxış
Orucluqda idman edənlər, diqqət!  – BU YAZI SİZİN ÜÇÜNDÜR

 

Ramazan ayında oruc tutan şəxslərin uzun müddət ac və susuz qalması xüsusilə də fiziki işdə çalışanlar üçün çətin olur. Belə şəxslərdə əzələ kütləsinin zəifləməsi müşahidə olunur.

 

Mövzu ilə əlaqədar Medicina.az faydalı məlumatları təqdim edir.

 

 Ramazanda qidalanma vərdişi dəyişsə də, oruc açılanda bol-bol maye qəbul olunması əzələlərin boşalmasının qarşısını alır.

 

 

İftardan əvvəl ağır məşqlər məsləhət deyil.

 

 

Oruc zamanı idmanla məşğul olanlar bunu proqramlı şəkildə eləməlidir. Uzun müddət aclıq və susuzluğu nəzərə alıb, məşqlərə davam edilməlidir. İftardan əvvəl qətiyyən məşq etməyin. Əgər düzgün zamanda idmanla məşğul olsanız, əzələ kütlənizdə heç bir dəyişiklik olmayacaq.

 

 

 

İftara bir saat qalmış asta templə yürüyüş edin.

 

 

Ümumiyyətlə Ramazan ayında imsaqdan əvvəl və ya gün ərzində məşq etmək məsləhət görülmür. Bu zamanlarda tətbiq edilən hərəkətlər sizin daha tez yorulmanıza səbəb olacaq. Lakin iftara bir saat və ya 45 dəqiqə qalmış yavaş-yavaş yürüyüş etməniz labüddür. Bu zaman periodu heç bir xroniki narahatlığı olmayanlar üçün keçərlidir.

 

 

Məşqlərdən əvvəl yüngül yeməklər yeyin.

 

 

Həzm sistemi pozulmasın deyə yeməkləri qarışdırmayın. Yeməkdən 1-2 saat sonra idman hərəkətlərinə başlaya bilərsiniz. Fiziki hərəkətlərdən sonra 1 litrə yaxın su içməyiniz daha uyğundur. Yürüyüşü açıq havada etməyinizdə fayda var.

 

 Ayna Məmmədova

 Medicina.az