Türkiyəli həkim Ahmet İnal ramazan ayında dərman qəbulu ilə açıqlamalar verib.
Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, xəstələr həkim nəzarəti ilə dərmanlarını qəbul edə bilərlər:
“Edilən səhvlərdən biri budur ki, xəstə gündə 3 dəfə dərman içməlidirsə, bunu sahurla iftar arasına sıxışdırır. Yəni insanlar oruc tutmaq üçün iftardan sonra bu dərmanı 3 dəfə qəbul etməyə çalışırlar.
"XÜSUSƏN YAŞLI XƏSTƏLƏRDƏ BUNUNLA RASTLAŞIRIQ”
“İnsanlar Ramazanda öncəliklə sağlamlıqlarını düşünməlidirlər. Sağaldıqdan sonra qəza olaraq oruclarını tuta bilərlər. Düzgün şəkildə dərman qəbul etmək əsas şərtdir. Xüsusən yaşlı xəstələrdə buna rast gəlinir. Yaşlılar oruc tutmağı çox istəyir. Bunu anlayırıq. Amma əgər müalicəniz alırsınızsa, bunu davam etdirməlisiniz”.
“VAKSİNASİYA DAVAM ETDİRİLMƏLİDİR”
“Ən qısa müddətdə vaksinasiya tamamlanmalıdır. Yoxsa, bu mutant virus yayılma sürəti ilə bərabər, yeni mutantlar ortaya çıxaracaq. Ona görə də vaksinasiya davam etdirilməlidir. Oruc tutan insanlar da vaksinasiya oluna bilər”.