Oruc tutulan zamanlarda bədən hüceyrələrimiz tam qidalana bilmir və qida axtarışına başlayırlar. Əvvəlcə hüceyrə ətrafı maye təmizlənir, sonra magistral və kapilyar damarların içinə yığılmış artıq yağlar, lipidlər, xolesterin və s. yavaş-yavaş əriyib, parçalanır və hüceyrələrə yem olurlar.
Medicina.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
-
Həkim bildirib ki, bundan başqa, oruc zamanı zəif, qoca və xəstə hüceyrələr dözə bilməyib məhv olurlar və bu hüceyrələr də sağlam hüceyrələr tərəfindən qida kimi mənimsənilir.
"Bunu da unutmayaq ki, zəif, xəstə hüceyrələr özləri bölünərək xəstə hüceyrələrin sayını artırdığından bədənimizdən müstəqillik tələb edən şiş (yəni, xərçəng) hüceyrələrinin əsasını qoyurlar,
Fitoterapevt F.Hüseynov əlavə edib ki, oruc tutmaqla biz həm də xərçəng xəstəliyinə yoluxmaqdan qorunuruq: "Xəstə hüceyrələr insanın tez yaşlanmasına səbəb olduğundan orucla daha cavan qalmağımız mümkündür, çünki xəstə hüceyrələrin yerini kök hüceyrələrdən əmələ gəlmiş yeni, cavan və sağlam hüceyrələr tutur"