Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oruc tutmaq koronavirusun yayılması üçün risk yaradırmı? - İftar süfrəsi təşkil etmək yasaqlanır

  • 2020.04.14 15:20
  • 5673 Baxış
Oruc tutmaq koronavirusun yayılması üçün risk yaradırmı?  - İftar süfrəsi təşkil etmək yasaqlanır

Türkiyə Diyanət İşləri Ali Şurası “Koronavirusun yayıldığı zamanda oruc tutmalıyıq?” sualına cavab verib.

Medicina.az xəbər verir ki, Dini qurumun açıqlamasında: “Ramazan ayında sağlam şəxslərin oruc tutması xəstəliyin yayılması üçün xüsusi bir risk yaratmır” deyə bildirib.


“ Ali dinimizin prinsiplərinə görə, hər ibadətin nazil olması ilə vaxt, məkan və şərtlər müəyyən edilib.

Ramazan ayında hər sağlam bir möminin oruc tutması Allahın əmri ilə qəbul edilmişdir (əl-Bəqərə, 2 / 183-185). Bu ibadəti tamamilə təxirə salmaq mümkün deyil.

Tibb mütəxəssislərindən alınan məlumata görə, sağlam şəxslərin oruc tutması xəstəliyin yayılması üçün xüsusi bir risk yaratmır. Bundan əlavə, orucun immunitet sisteminə mənfi təsir göstərdiyinə dair sübutlara əsaslanan tibbi tapıntı olmasa da, orucun immunitet sisteminə müsbət təsir göstərdiyini bildirən elmi nəşrlər var.

Epidemiya davam edərkən, sosial təcrid qaydası çərçivəsində başqaları ilə təmasda olmaqdan çəkinmək lazımdır və bu istiqamətdə qohumları, qonşuları və dostları ilə iftar süfrəsi təşkil etməkdən mütləq çəkinmək lazımdır. Xalqımızın sağlamlığını qorumaq üçün məsul vəzifəli şəxslərin müəyyən etdiyi qaydalara əməl etmələrini təmin etmək, özlərinin və başqalarının həyatına təhlükə yarada biləcək rəftar və davranışlardan çəkinmək dini vəzifədir."