Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oruc ən çox bu orqana faydalıdır

  • 2025.03.10 13:15
  • 135 Baxış
Oruc   ən çox bu orqana faydalıdır

Orucun ürəyə faydaları çoxdur. Araşdırmalar göstərir ki, Ramazan ayında və ondan sonrakı bir neçə ayda pis xolesterin LDL azalır, yaxşı xolesterol HDL isə yüksəlir.



Medicina.az xəbər verir ki, orucun həm fiziki, həm də mənəvi faydaları var.

FİZİKİ FAYDALARI

Metabolizmi dəstəkləyir:

Bədən enerji üçün yığılmış yağları yandırmağa başlayır və çəkiyə nəzarət etməyə kömək edir.

Diabet riskini azaldır:

Qan şəkərini tənzimləyərək diabet riskini azaldar.



İmmunitet sistemini gücləndirir:

Hüceyrə bərpa proseslərini dəstəkləyərək immunitet sisteminin daha effektiv işləməsini təmin edir.

Həzm sistemini sakitləşdirir:

Mədə və bağırsaqların davamlı işləməsinin qarşısını alaraq həzm sisteminə fasilə verir.

Toksinlərdən təmizləyir (Detoks effekti):

Oruc zamanı orqanizm zərərli toksinləri daha tez təmizləyə bilir.

Ürək sağlamlığını dəstəkləyir:

Qan təzyiqini tarazlaya və pis xolesterolu azalda bilər.

Beyin funksiyalarını gücləndirir:

Yaddaşı və diqqəti yaxşılaşdırır və beyin sağlamlığını qoruyur.



MƏNƏVİ VƏ PSİXOLOJİ FAYDALARI

İradə gücünü artırır:

Aclıq və susuzluğa səbir edərək iradəni gücləndirməyə kömək edir.

Zehni sakitlik və aydınlıq təmin edir:

Stress və narahatlığı azaldar və daha şüurlu həyat tərzini təşviq edə bilər.

Empatiyanı artırır:

Bu, aclıqdan əziyyət çəkən insanların vəziyyətini daha yaxşı başa düşməyə kömək edir və mərhəmət hissini artırır.

Mənəvi təmizlənməni təmin edir:

İnsanı pis vərdişlərdən uzaq tutaraq mənəvi rahatlıq təmin edir.

Səbir və minnətdarlığı artırır:

Sizə gündəlik həyatın kiçik çətinliklərinə daha dözümlü olmağı öyrədir.

Aygün
Medicina.az