Oruc tutmağın faydaları ilə bağlı ABŞ-ın Massaçusets Texnologya Universitetində maraqlı araşdırma aparılıb.
Medicina.az xəbər verir ki, universitetin bioloqları, ac qalmağın bağırsaq kök hüceyrələrinin sürətlə bərpasında təsiredici gücə malik olduğu qənaətinə gəliblər.
Araşdırma siçanlar üzərində də sınaqdan keçirilib. 24 saat ac saxlanılan siçanlarda kök hüceyrələrinin sürətlə bərpa olunduğu müşahidə olunub.