Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oruc tutarkən ağız qoxusunun qarşısını almağın 5 yolu

  • 2025.03.15 12:37
  • 70 Baxış
Oruc tutarkən ağız qoxusunun qarşısını almağın 5 yolu

Oruc tutanda ağız qoxusu qaçılmaz bir problem kimi görünsə də, düzgün qidalanma və gigiyena vərdişləri ilə bunun qarşısını almaq mümkündür.

Ağız qoxusunun əsas səbəbləri hansılardır və onun qarşısını necə almaq olar?

Medicina.az xəbər verir ki, oruc zamanı ağız qoxusunun ən çox görülən səbəbləri bunlardır:

Quru ağız (tüpürcək ifrazının azalması):

Gün ərzində su içilmədiyi üçün tüpürcək istehsalı azalır.

Tüpürcək bakteriyaları təmizləyən təbii antiseptikdir. O azaldıqda ağızdakı bakteriyalar sürətlə çoxalır və qoxuya səbəb olur.

Mədə problemləri:

Aclıq səbəbiylə mədə turşusu arta bilər və bu, mədə qoxusunun ağızda əks olunmasına səbəb ola bilər.

Ağız qoxusu xüsusilə reflüks, qastrit və həzmsizlikdən əziyyət çəkən insanlarda daha çox hiss olunur.

Dildə bakteriyaların yığılması:

Ağız qoxusuna səbəb olan bakteriyaların ən çox toplandığı yer dilin səthidir.

Sahurdan sonra su içilmədiyi üçün bu bakteriyalar sürətlə çoxalır.

Səhv qidalanma seçimləri:

Soğan, sarımsaq, ədviyyatlı və yağlı qidalar ağız qoxusunu artırır.

Şəkərli və işlənmiş qidalar ağızdakı bakteriyaları qidalandırır və onların daha sürətli çoxalmasına səbəb olur.

Həddindən artıq duzlu və ədviyyatlı yeməklər ağızda quruluq yaradır və pis qoxuya səbəb olur.



Oruc tutarkən pis nəfəsin qarşısını almaq üçün:

1. Bol su içmək

Su tüpürcəyi artırır və ağız qoxusunun qarşısını alır.

Sahurda ən az 2-3 stəkan su içməklə gün ərzində ağız quruluğunu azalda bilərsiniz.

Şəkərli içkilərdən çəkinin, çünki şəkər bakteriyaları qidalandırır və ağız qoxusunu artırır.

2. Sahur üçün doğru qidaları istifadə edin

Qatıq və kefir: Tərkibindəki probiotiklər sayəsində ağızdakı pis bakteriyaları azaldır.

Yaşıllar (Cəfəri, nanə): Təbii nəfəs təravətləndirici təsirə malikdir.

Lifli tərəvəzlər (yerkökü, alma, xiyar): ağızdakı bakteriyaları təmizləyir.

Zülal qaynaqları (Yumurta, pendir, balıq): Asan həzm olunduğu üçün mədə qoxusunu artırmır.

Həddindən artıq ədviyyatlı, soğan və sarımsaqlı qidalardan uzaq durun.

3. Ağız və diş gigiyenasına diqqət edin

Sahurdan sonra ən azı 2 dəqiqə dişlərinizi fırçalayın.

Diş ipi ilə dişlərinizin arasından yemək qalıqlarını təmizləyin.

Dil səthindən bakteriyaları çıxarmaq üçün dil qazıyıcı və ya fırçadan istifadə edin.

4. Təbii ağız yuyucu vasitələrdən istifadə edin

Duzlu su ilə qarqara ağızdakı bakteriyaları məhv edir.

Qazlı su ilə qarqara ağızda pH balansını tənzimləyir və pis qoxunun qarşısını alır.

Alma sirkəsi qarqara nəfəsi təravətləndirir və ağızdakı mikrobları azaldır.

5. Şəkərsiz saqqızdan istifadə edin

Oruc tutanda saqqız çeynəmək icazəli olmasa da, iftardan sonra şəkərsiz saqqız çeynəməklə nəfəsinizi təzələyə bilərsiniz.

Aygün
Medicina.az