Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oruc tutanların diqqətinə! Susuz qalmamaq üçün...

  • 2023.03.31 13:25
  • 1811 Baxış
Oruc tutanların diqqətinə!  Susuz qalmamaq üçün...
Su bədənin orta hesabla 3/4 hissəsini təşkil edir. Dərinin sağlamlığının qorunması, bədəndən toksinlərin çıxarılması, həzm sisteminin tənzimlənməsi, qəbizliyin qarşısının alınması üçün müntəzəm və kifayət qədər su istehlakı vacibdir.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, qidalanma və pəhriz mütəxəssisi Billur Çalık bildirib ki, Ramazan ayında uzun sürən aclıq səbəbindən orqanizmin mayeyə ehtiyacı daha da artır.

Onun sözlərinə görə, yetərsiz su istehlakı səbəbiylə ürəkbulanma, başgicəllənmə, baş ağrısı, aşağı təzyiq kimi bir çox mənfi hallarla qarşılaşa bilərsiniz?


“Həzm sistemini dəstəkləmək, uzun müddətli aclıq zamanı mədədə sancılar və narahatlıq yaratmamaq üçün iftar vaxtı tez-tez otaq temperaturunda su istehlak etmək vacibdir. Turşu, kolbasa, və ədviyyat kimi tərkibində duzu yüksək olan qidaları seçməyin. Yeməklərinizdə həddindən artıq duz istifadə etməkdən çəkinin.

Sahur və iftar yeməklərinizdə sulu tərəvəz və meyvələrdən istifadə etməyə çalışın. Oruc tutarkən gün ərzində həddindən artıq tərləməyə və uzun müddət istiyə məruz qalmağa səbəb olan fəaliyyətlərdən çəkinin. İdmanla məşğul olacaqsınızsa, iftardan sonrakı saatları seçə bilərsiniz”.