Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ortoped və travmatoloqların xəstəxanalararası növbəti toplantısı olub.
Medicina.az bildirir ki, tədbirin keçirilməsində əsas məqsəd problemli və mürəkkəb xəstəliklərin müalicəsində həkimlərin bir araya gəlməsi, müalicə zamanı ortaq qərarlar qəbul etmək və bu sahədə çalışan mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaqdır.
Toplantıda Tədris Cərrahiyyə Klinikasının ortopedik və travmatologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Cəfər Nəsirli "Sirkə kasasının mürəkkəb sınıqlarının müasir müalicəsi” mövzusunda çıxış edərək dünyada ortopediya və travmatologiya sahəsində aparılan ən yeni metodlardan və müasir elmi-tədqiqat işlərindən bəhs edib. O, özünün praktikasında qazandığı iş təcrübəsindən ayrı-ayrı nümunələri slayd vasitəsilə toplantı iştirakçılarına çatdırıb və əldə olunan müsbət yenilikləri həmkarları ilə bölüşüb.
Diskussiya formasında keçən toplantıda çoxlu suallara cavablar verilib.