Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orta yaş sindromu- Kişiləri ailədən soyudan səbəb

  • 2023.10.19 15:24
  • 3669 Baxış
Orta yaş sindromu - Kişiləri ailədən soyudan səbəb
Qadınlarda menopauza onları həyatdan soyutduğu kimi kişilərdə də orta yaş sindromu onun bütün psikasını dəyişir.

Bu kişi əvvəl belə deyildi, evlənəndə başqa cür idi deyənlər bu məqaləni oxusun.



"Medicina" xəbər verir ki, statistik olaraq, 35-38 yaşdan sonra başlayıb, 42 yaşında pik həddə çatan orta yaş sindromunun əlamətləri bunlardır:

- bəsbəxtlik hissi - bu hal insanın gələcəyə ümidini azaldır, rejimi və yuxunu pozur.

- Davranışda dəyişiklik - insan əvvəlki davranışlarından fərqli, daha kaprizli, qıcıqlandırıcı olur. Heç vaxt demədiyi sözlər, reaksiyalar.

- Hər kəsdən narazılıq hissi - İnsan yaşa dolduqca özünə tez-tez belə sual verir: həyatım həqiqətən mən istədiyim kimidirmi? Həyatımın mənası nədir?

- Münasibətlər korlanır - krizdə olan insan artıq mövcud olan sevgi, ailə, dostluq münasibətlərindən yayınır, qaçır. Bu dövrdə ailədə kişi tərəfindən xəyanətlər daha çoxalır.

- Tənhalığa çəkilmək - ad günləri, yığıncaqlar, səs-küylü yerlərdən, əyləncə, kurortdan qaçırlar.
Tez-tez tənhalığa çəkilirlər. Çox zaman bunu depressiya ilə səhv salırlar.

Aygün Musayeva