Heç kim bu sindromdan qaça bilmir. Xüsusən kişilərdə orta yaş - qocalmaqdan qorxu sindromu geniş yayılmış haldır.
Əgər bu sindrom haqqında vaxtında məlumatlı olsanız, onunla baş etmək asan olar.
- Mütəmadi olaraq şəxsi bəsbəxtlik hissi - bu hal insanın gələcəyə ümidini azaldır, rejimi və yuxunu pozur.
- Davranışda dəyişiklik - insan əvvəlki davranışlarından fərqli, daha kaprizli, qıcıqlandırıcı olur. Heç vaxt demədiyi sözlər, reaksiyalar.
- Hər kəsdən narazılıq hissi - İnsan yaşa dolduqca özünə tez-tez belə sual verir: həyatım həqiqətən mən istədiyim kimidirmi? Həyatın mənası varmı?
Həyatda bundan sonra edəcəkləri mənasız, əhəmiyyətsiz gəlir.
- Münasibətlər korlanır - krizdə olan insan artıq mövcud olan sevgi, ailə, dostluq münasibətlərindən yayınır, qaçır. Bu dövrdə ailədə kişi tərəfindən xəyanətlər daha çoxalır.
- Tənhalığa çəkilmək - ad günləri, yığıncaqlar, səs-küylü yerlərdən, əyləncə, kurortdan qaçırlar.
Tez-tez tənhalığa çəkilirlər. Çox zaman bunu depressiya ilə səhv salırlar.
Aygün Musayeva