Keniyada məktəbli 95 şagird eyni anda naməlum səbəbdən insult simptomları keçirib.
"Medicina" xəbər verir ki, paytaxt Nayrobidən 374 kilometr aralı yerləşən orta məktəbdə 95 məktəbli qız özünü pis hiss edib.
Şagirdlərin qəfildən ayaqları iflic olub.
Məktəb rəsmiləri bildiriblər ki, xəstəliyin nədən qaynaqlandığı araşdırıldıqdan və lazımi tədbirlər görüldükdən sonra məktəb açılacaq.
Hələ ki, qəfil iflicin qaynağı tapılmayıb.
Aygün Musayeva