Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orqanları bir toxunuşla müalicə edən yeni qurğu

  • 2017.08.10 11:18
  • 11207 Baxış
Orqanları bir toxunuşla müalicə edən yeni qurğu
Amerika tədqiqatçıları pasiyentin bədənində sinir lifləri və qan damarlarından bütöv orqanlara qədər hüceyrələrin istənilən növünü yaratmağa imkan verən "Tissue Nanotransfection” (TNT) adlı yeni texnologiyanı təqdim ediblər.


Bakutibb.az xarici KİV-ə istinadən xəbər verir ki, Ohayo Dövlət Universitetinin alimləri əzaları zədələnmiş siçan və donuzlar üzərində təcrübələr aparıblar. Sınaq zamanı damar hüceyrələrinin funksiyasını yerinə yetirmək məqsədilə dəri hüceyrələri yenidən proqramlaşdırılıb. İki həftə davam edən sınağın sonunda heyvanların əzalarında olan qan damarları düzgün fəaliyyət göstərməyə başlayıb.


Tədqiqatçılardan Çandan Sen bildirib ki, dəri bütün toxuma və orqanlar üçün elementlər mənbəyi ola bilər. Hüceyrələrin çevrilməsi prosesi cəmi bir saniyəyə baş verir. TNT ikikomponentli texnologiyadan ibarətdir. Bioloji "konverter” dəri hüceyrəsindən istənilən digər hüceyrəni yaradaraq onu nanoçipin köməyi ilə orqanizmə çatdırır.


Qurğu hüceyrələrin çevrilməsi prosesini 98 faiz müvəffəqiyyətlə həyata keçirib. Yeni hüceyrələr pasiyent tərəfindən hiss olunmayan zəif elektrik enerjisi sayəsində tətbiq edilir. Alimlər 2018-ci ildə texnologiyanı insanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar.