İnsan bədəninin tam öyrənildiyini söyləmək doğru deyil. Elm adamları indi də yeni orqanlar və digər kəşflər edirlər.
“Medicina” xəbər verir ki, bəzi bilmədiyiniz faktlar sizi heyrətləndirə bilər.
Boyunuz günboyu dəyişir:
Səhər və axşam boyunuzu ölçsəniz, nəticə sizi təəccübləndirəcək. Bu fenomen arxa sıxılma adlanır və onun mahiyyəti ondan ibarətdir ki, səhərlər onurğa sütunumuz bir neçə santimetr daha uzun olur. Bu, insan yatarkən uzanan və cazibə qüvvəsi altında yastılaşan qığırdaqla bağlıdır.
Mədə özünü həzm edir - Təbii ki, onun özü deyil, onun tərkibində olan mədə turşusu. Onun konsentrasiyası hətta ülgücü və bıçağı belə əridə bilər. . Əgər turşu mədənin qoruyucu selikli qişasından daha güclüdürsə, o zaman xora inkişaf edə bilər.
Ürək formasını dəyişə bilər - Əzələ kütləsi azaldıqda, ürəkdə kiçilmə baş verir. Amerikalı astronavtların fikrincə, ürək demək olar ki, 10% yuvarlaqlaşa bilər.
Bədən qaranlıqda parlaya bilər - Buna "bioluminesans" deyilir və atəş böcəkləri, bəzi göbələklər və bir çox dəniz canlıları bu xüsusiyyətə malikdir. İnsan "soyuq" deyilən işığı da yaya bilər, amma təəssüf ki, biz bu parıltını heç vaxt görməyəcəyik. Çünki o, görmə qabiliyyətimizdən 1000 dəfə zəifdir.
Bədən spirt istehsal edir - İçmək yox, sərxoş olmaq bəzi insanların başqa unikal qabiliyyətidir. Buna autobrewery sindromu da deyilir. Əslində, bu, şəkərin karbohidratlara çevrilə bilmədiyi bir metabolik pozğunluqdur. Bu zaman o, “mayalanmağa” başlayır,nəticədə etanol əmələ gəlir.
İnsanı qulağı və dili ilə tanımaq olar - Ola bilsin ki, biz tezliklə smartfonu qulağımıza taxaraq (və ya dilimizi çıxararaq) kilidini aça bilərik. Məlum olub ki, bu iki orqan barmaq izləri qədər unikaldır. Britaniya alimlərinin fikrincə, insanın qulaqları ilə müəyyən edilməsinin dəqiqlik səviyyəsi 99,6%-ə çata bilər.
Dad yeməyin temperaturundan asılıdır - Alimlər sübut etdilər ki, yemək isti və ya soyuq olarsa, dadlar fərqli şəkildə qəbul edilir. Məsələn, isti qəhvə soyuq qəhvədən daha turşdur.
İnsan beşinci dadı tanıyır - Klassik dördlük turş, şirin, acı, ədviyyatlı və duzlu dadlardır. Ancaq yapon dilindən bizə "umami" anlayışı gəlib, reseptorlarımızın ayrıca qəbul etdiyi xoş ədviyyatlı dad var. Bir qayda olaraq, bu dad protein qidalarında - ət və dəniz məhsullarında, həmçinin pendirlərdə hiss olunur.
Günay Quluzadə