Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orqanizmin təbii ehtiyacını boğmayın - Ürəyə zərərlidir

  • 2023.05.22 19:23
  • 1691 Baxış
Orqanizmin təbii ehtiyacını boğmayın   - Ürəyə zərərlidir
Bədənin bioloji tələbatı olan asqırıq, qaz, sidik ifrazı, hıçqırıq kimi prosesləri vaxtı gələndə boğmamaq lazımdır. Təbii bioloji çağırışların yatırdılması, məcburi təxirə salınması sağlamlığa mənfi təsir göstərir.


“Medicina” xəbər verir ki, qastroenteroloq Liliya Kozlovskayanın sözlərinə görə, aşağıdakı proseslər normaldır.

Mədə-bağırsaqda qazlar. Qazların daimi basdırılması onların bağırsaqlarda yığılmasına səbəb olur ki, bu da nəticədə həzmə təsir göstərməyə başlayır .Qazın qarşısını almaq vərdişi həzm sisteminin normal fəaliyyətini ləngidir və mədə problemlərinə - narahatlıq, gəyirmə, ağrıya səbəb olur.

Defekasiya. Nəcisi tutmaq mədə-bağırsaq zərərli vərdişlərdən biridir - ən azı qəbizliyə səbəb olur. Bu təbii istəyin yatırılması bağırsaqda, qanda toksinlərin çoxalmasına kömək edir.


Asqırıq. Tam ağızdan dolu asqırmaq təkcə estetik deyil, həm də başqaları üçün təhlükəlidir. Bununla birlikdə, asqırmaq istəyini boğmaq da zərərlidir, çünki burun boşluğunun və başın damarlarına təsir edir, baş ağrısı, boyun gərginliyi və eşitmə pozğunluğuna səbəb olur.

Öskürək. Öskürəyin yatırılması əks təsir göstərə bilər və öskürək tutmasının artmasına səbəb ola bilər. Bundan əlavə, öskürəyi saxlamaq ürək üçün zərərlidir.

Göz yaşları. Bir çox həkim göz yaşlarının tutulmasını psixoloji depressiya və depressiv vəziyyətlərin inkişafına kömək edən amil kimi qiymətləndirir.

Əsnəmək. Təbii əsnəmək istəyi beyinin oksigenə ehtiyacı olduğunu göstərə bilər. Əsnəməyin yatırılması xroniki oksigen çatışmazlığına səbəb ola bilər ki, bu da sinir sisteminin vəziyyətini və fəaliyyətini pozur.

Aynurə Məmmədova