Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orqanizmin detoksikasiyası- mükəmməl müalicənin zəminidir

  • 2021.07.27 15:44
  • 2182 Baxış
Orqanizmin detoksikasiyası- mükəmməl müalicənin zəminidir

Düzgün çalışan detoksikasiya sistemi xarici və daxili toksinləri zərərsizləşdirib, insanı müxtəlif xəstəliklərdən qorumalıdır. Təəssüf ki, zamanla bu sistem müəyyən səbəblərdən öz funksiyasını yetərincə icra etmir.

Aşağıdakı amillər detoksikasiya sistemini ciddi şəkildə yükləyir:


- paketlənmiş, ayaqüstü qidaların tərkibindəki kimyəvi maddələr
- həzmin pozulması nəticəsində (mədə turşuluğunun azalması, ferment çatışmazlığı, çox yemək, gec yemək, tez-tez yemək, pis çeynəmə, əsəbi və yorğun halda yemək, acmadan yemək, qarışıq yemək...) əmələ gələn zərərli maddələr - hətta ən faydalı qidanın uyğun zamanda yox, nə vaxt gəldi yeyilməsi (axşamlar insulini yüksəldən meyvə və ağartı, şam yeməyində sıyıq...)
- yeməklərin çox bişirilib, qızardılması
-rasionda karbohidratlı qidaların üstünlük təşkil etməsi
-zərərli vərdişlər (siqaret, şərab, gecə oyaq qalıb gündüz yatmaq, gecə yemək...)
-hüceyrəyə can verən saf su tələbatını başqa mayelərlə (çay, kofe, ayran, kompot, şirə..) ödəmək.


Orqanizmin fəaliyyətə mane olan bu amilləri aradan qaldırmaq və onu toksinlərdən təmizləmək vacibdir. Ən qədim və təsirli təbii üsullardan biri su orucudur ki, həftədə bir dəfə tam gün ərzində icra olunduqda orqanizmin xeyli təmizlənməsinə və bərpasına təkan verir. Onun müasir variantı olan 18/6 rejimi 24 saatın yalnız 6 saatı zamanı qida qəbulunu ehtiva edir (məsələn, 10:00 – 16:00 arası); qalan 18 saat ərzində orqanizm dincəlir və zədələnmiş sistemlərini, o cümlədən, detoksikasiya sistemini regenerasiya edir.

Detoksikasiya prosesini sürətləndirəndirmək üçün limfa drenajını və çıxarıcı orqanların fəaliyyətini yaxşılaşdıran, iltihabəleyhinə, antioksidant xassəli, metabolizmi tənzimləyən CUNA MATRİX təbii tərkibli biotənzimləyici preparatı uğurlu seçimdir.

İstifadə qaydası: 20 damcı gündə 2 dəfə az su ilə yeməkdən əvvəl. Kurs müalicə - 1 ay.

Qida korreksiyası, optimal su rejimi və təbii tərkibli CUNA MATRİX preparatı ilə müntəzəm aparılan detoksikasiyanın köməyilə orqanizmi əsrin bəlası olan degenerativ xəstəliklərdən qorumaq olar.