Əgər insan qəbizdirsə, onda toksiki maddələr xaric olmur, geriyə qana sovrulur, orqanizmi zəhərləyir. Ona görə bağırsaqların detoksikasiyası çox vacibdir.
Bioloji təbabət klinikasında bir çox xəstəliklərin müalicəsi orqanizmin detoksikasiyası – zərərli toksin və zəhərlərdən təmizlənməsi ilə başlanılır.
Klinikanın pediatr-homotoksikoloqu Əminə Bağırova Medicina.az-a bu metodun vacibliyindən, faydasından danışıb. Bildirib ki, xəstədə daxili, gizli intoksikasiyanın qarşısını almaq üçün drenaj terapiyadan istifadə olunur: "Bu terapiya pilləli olur:
1. İfrazat orqanların
2. Birləşdirici toxumanın
3. Hüceyrənin drenajı aparılır.
Hüceyrə drenajı daha dərin detoksikasiyadır.
İfrazat orqanları – sidik ifrazat sistemi, qaraciyər və öd yolları, mədə-bağırsaq traktı, tənəffüs orqanları və dəri limfatik sistemlərin ilk növbədə detoksikasiyası aparılmalıdır.
Orqanizmin əsas filtri limfatik sistemdir. Limfalar olmasa, toksinlər toxumalarda toplanar. Limfa vazilərində filtrasiya gedir. Limfa sistemində şişkinlik, iltihab olmasa, o çox yaxşı işləyə biləcək. Ona görə əsas diqqət limfa sistemə yönəlməlidir. Əgər xəstədə şişkinlik varsa, deməli ona limfadrenaj təyin olunmalıdır. Bioloji təbabətdə Limfomiosit preparatından istifadə olunur.
Bağırsaqların fəaliyyəti bütün orqanizmə təsir edir: immun sistem, sinir sistemi, oynaqlar, tənəffüs yolları, dəri - hamısı bağırsaqlardan qaynaqlanır. Xüsusən nazik bağırsaqda immun hüceyrələri yerləşir. Bağırsaqların vəziyyəti nə qədər yaxşı olarsa, immun sistemi bir o qədər güclü olacaq. Hətta xroniki bronxiti olan xəstələrdə bağırsaq pozuntusu, qəbizlik qeyd olunur. Əgər insan qəbizdirsə, onda toksiki maddələr xaric olmur, geriyə - qana sovrulur, orqanizmi zəhərləyir. Ona görə bağırsaqların detoksikasiyası çox vacibdir.
Qıcıqlanmış bağırsaq sindromu olan xəstələrin psixikasında pozuntular olur. Bağırsaqları hidrokolonterapiya etdikdən sonra bağırsaqların müalicəsinə başlanılır.
Bağırsaqlar oynaq, hərəkət aparatının xəstəliklərində birbaşa səbəbkardır.
Bioloji təbabətdə bağırsaqları bərpa etmək üçün antihomotoksik preparatdan istifadə edirik. Bu, bağırsağın funksional dəyişikliklərini aradan qaldırır, bağırsağın avtonom sistemini işə salır, selikli qişanın iltihabı prosesini aradan qaldırır”.
Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24),
Memar Əcəmi metrosunun yaxınlığında
•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89