Yoqa və sağlamlıq ayrılmaz anlayışdır. Yoqlar mütəmadi olaraq orqanzimlərini təmizləyirlər.
Medicina.az bildirir ki, şank prakşlana - duzlu su ilə orqanizmin təmizlənməsi prinsipinə əsaslanır. Həzm sistemini bu cür dərindən, hətta heç bir bağırsaq boşaldıcı da təmizləyə bilməz.
Ev şəraitində duzlu su ilə bağırsaqların təmizlənməsi möcüzəvi metoddur. Yoqların istifadə etdiyi bu üsuldan hamı yararlana bilər. Amma bu zaman bütün qaydalara riayət etmək lazımdır.
ORQANİZM ÜÇÜN FAYDASI
1. Bu üsulla orqanizmi bütün toksinlərdən, zəhərlərdən, şlaklardan təmizləyərək həzm sisteminin işini normaya salır.
2. 2-3 prosedurdan sonra orqanizm allergik xəstəliklərdən tamam təmizlənir.
3. Həzm, buna bağlı olaraq da ifrazat normallaşır. Həmçinin, öd kisəsi və qaraciyərin işi normaya düşür.
4. Orqanizmin immuniteti artır.
5. Səpgi, akne, furunkulyoz kimi dəri xəstəlikləri aradan qalxır.
PROSEDURA HAZIRLIQ
1. Prosedurdan əvvəl, yəni axşam yüngül, yağsız qida qəbul etmək lazımdır. Səhəri gün isə ümumiyyətlə bütün quru və maye qidaların qəbulundan imtina edin.
2. Prosedurun həyata keçirilməsi üçün hava şəraiti ideal olmalıdır. Əgər hava çox soyuq və ya rütubətlidirsə, o zaman yaxşısı budur ki, proseduru təxirə salasınız.
3. Bütün prosedur bütövlükdə 2 gün vaxt aparır. Buna görə də yaxşı olardı ki, bunu istirahət və ya məzuniyyət günlərində həyata keçirəsiniz.
4. Əvvəlcədən 4-5 litr isti su hazırlayın. Hər 1 litr suya 2 ç/q dəniz duzu olmaqla duzlu məhlul hazırlayın.
HƏYATA KEÇİRİLMƏ TEXNİKASI
1. 2 stəkan isti duzlu suyu qısa bir vaxtda için. İçdikdən həmən sonra 5 yoqa hərəkəti – asan yerinə yetirin. Tadasana, tiryaka tadasana, kati çakrasana, tiryaka bxudjanqasana, udarakarşanasana hərəkətlərini yerinə yetirmək lazımdır.
2. Sözü gedən hərəkətlərdən sonra daha 2 stəkan duzlu su içərək yenidən hərəkətlərə davam edin. Hər hərəkətdən 8 dəfə eyni qayda ilə təkrarlamaq tələb olunur.
3. Hərəkətləri bitirdikdən sonra ayaqyoluna gedin. Əgər bayıra çıxmaq istəmirsinizsə, orqanizminizə əziyyət verməyin.
4. Eyni alqoritmlə davam edin: həmin miqdarda su için və eyni asan hərəkətlərini həyata keçirin, daha sonra isə ayaqyoluna gedin. Bir neçə müddətdən sonra bağırsaqlar işləməyə başlayacaq. İlk əvvəl nəcis bərk olacaq, daha sonradan isə yumşalacaq. Bağırsaqlar tamamilə təmizlənənə qədər duzlu su içərək hərəkətləri təkrarlamaq lazımdır.
5. Yekun mərhələdə kuncal kriya mərhələsidir. 2 stəkan su içərək barmağınızı boğazınıza salaraq özünüzü qusdurun.
TƏMİZLƏNMƏDƏN SONRA BUNLARI EDIN:
1. Prosedur bitdikdən sonra sizə susuzluq əziyyət verə bilər. Amma təmizlənmədən sonra 3-4 saat müddətində qətiyyən su içmək olmaz.
2. Orqanizmə 45 dəqiqə istirahət verin. Yatmaq olmaz, yaxşısı budur ki, tam sakitlikdə oturasınız.
3. İstirahət vaxtı da tualetə gedərək bağırsaqlarınızı boşaltmaq arzusu yarana bilər. Bu, tam normaldır.
4. 45 dəqiqədən sonra kərə yağı qatılmış qaynanmış düyü və mərci yeyə bilərsiniz. Düyü orqanizm tərəfindən yaxşı mənimsənilir, mərci enerji verir, yağ isə bağırsağın divarlarında qoruyucu qat yaradır.
5. Qida qəbul etdikdən sonra 3 saat müddətində yatmamağa çalışın. Əks halda, yuxulu və baş ağrısı ilə oyanacaqsınız. 3 saatdan sonra yatmaq olar.
6. Prosedurdan sonra bir neçə həftə pəhriz saxlayın. Ət, turş meyvələr, acı ədviyyatlar, süd məhsulları, çay, qəhvə qəbul etməyin. Çoxlu su için.
Duzlu su ilə orqanizmin təmizlənməsini ciddi əks göstəriş olmadıqda hər 6 aydan bir etmək olar. Bu prosedur orqanizmi təmziləyərək əhvalınızı artırmağa kömək edəcək.