Türk ekspertlər əslində faydalı bilinən, amma orqanizmə zərərli qidaları açıqlayıb.
"Medicina" xəbər verir ki, həmin 5 qida konkret xəstəliklərdə əks göstərişdir.
1. Çuğundur - diabet xəstələrinə zərərlidir. Tərkibində şəkər yüksəkdir. Eləcə də daş xəstəliyi olanlara olmaz.
2. Sitrus meyvələrinin təzə şirələri - çox içmək melanoma artırır.
3. Qara şokolad - tərkibində kadmiy var, böyrəklərin işini pozur. Müasir şokoladlara rəngləyici və şəkər əlavə edirlər, bu xərçəng riskini artırır.
4. Brokkoli - bütün dəbli pəhrizlərdə var, lakin qalxanvari vəzi öldürür. Bu tərəvəzdə tiosinat var, o da hipertireoza səbəb olur.
5. Yaşıl çay - siyahıdadır. Ateroskleroz, təzyiq, mədəaltı vəz problemi olanlara məsləhət deyil. Çünki bu çayda olan maddə damarları daha da yığır.
Aygün Musayeva