Yay mövsümündə süfrələri bəzəyən tut meyvəsi sağlamlıq üçün çox faydalıdır.
Medicina.az xəbər verir ki, yay aylarının məşhur meyvələrindən olan tutun orqanizm üçün saysız-hesabsız faydaları var.
- Tutun mövsümündə müntəzəm istehlakı orqanizmdə antioksidant təsir yaradır.
- Xüsusilə yüksək lif tərkibi ilə həzm sistemini tənzimləyir.
- Antioksidantlarla zəngin olan bu meyvə bədəni sərbəst radikallardan da qoruyur. Yaşlanmanın qarşısını alır.
- Tərkibindəki lif sayəsində tut toxluq hissini təmin edərək çəkini normada saxlayır.
- Ürək sağlamlığı üçün faydalı olan kaliumla zəngindir. Kalium qan təzyiqini və ürək ritmini tənzimləməyə kömək edir.
- Tut meyvəsində qan şəkərini balanslaşdırmağa kömək edən lif və antioksidanlar var. Buna görə də diabet riskini azaltmağa kömək edə bilər.
- Tut C vitamini və dəri sağlamlığını dəstəkləyən antioksidantlarla zəngindir. Vitamin C kollagen istehsalını stimullaşdırır və dərinin sağlam və gənc görünməsini təmin edir.
- Tutun tərkibində immunitet sistemini gücləndirən vitamin və minerallar var. Buna görə də bədəni xəstəliklərdən qoruyur.
- Tut sümük sağlamlığı üçün vacib olan kalsium və K vitamini ilə zəngindir. Bu minerallar sümükləri gücləndirməyə və osteoporoz riskini azaltmağa kömək edə bilər.
- Dəmir bədən üçün vacib bir mineraldır və qırmızı qan hüceyrələrinin istehsalı və oksigen nəqli kimi həyati funksiyalarda rol oynayır.
- Tut yaxşı dəmir mənbəyi ola bilər, lakin dəmirin miqdarı tutun növünə, yetişməsinə və böyüdüyü torpağın tərkibinə görə dəyişir.
Ancaq bütün bunlara baxmayaraq, hərhansı tut növünü istehlak edərək dəmir qəbulunu artıra bilərsiniz.
Qeyd edək ki, tutun bu faydaları müntəzəm olaraq istehlak edildikdə üzə çıxır.
Tut yarpaqları da sağlamlığa olduqca faydalıdır. Tut yarpağından hazırlanan çay yuxarıda saydığımız bütün faydaları təmin edə bilər.
Bunun üçün 1 litr qaynadılmış suya 2 xörək qaşığı qurudulmuş tut yarpağı əlavə edin. Bu şəkildə təxminən 2 saat dəmlənməsini gözləyin. Dəmləmə prosesi bitdikdən sonra çayınızı süzün və gün ərzində fasilələrlə istehlak edin. Xüsusilə yeməkdən əvvəl istehlak edildikdə faydalıdır.
Aysel