Məlum olub ki, bədənin toksinlərdən təmizlənməsi, maddələr mübadiləsini sürətləndirmək və beləliklə də bir neçə artıq kq-dan yaxa qurtarmaq olar. Bu isə xüsusi detoks içkilərin köməyi ilə mümkün olur.
Medicina.az 48 saat ərzində sizin orqanizminizi formaya salacaq 2 detoks içkisinin reseptini təqdim edir:
1-ci içkinin tərkibi:
• 300 ml su
• 1 x/q bal
• 0,5 ç/q üyüdülmüş zəncəfil
• 0,5 ç/q darçın
• 1 x/q limon şirəsi
• bir budaq nanə (təzə və ya quru)
Hazırlanması:
Zəncəfil, darçın və nanəni bir qaba qoyaraq üzərinə qaynar su əlavə edin. Ağzını bağlayaraq 10 dəqiqə saxlayın. Bir az soyuyandan sonra bal və limon çirəsini əlavə edin. Yatmazdan əvvəl için.
2-ci içkinin tərkibi:
• 2 pomidor
• 4 diş sarımsaq
• 6 x/q limon şirəsi
• 500 ml su
Hazırlanması:
Bütün məhsulları bircinsli kütlə alınana qədər blenderdən keçirin.
Səhər acqarına qəbul edin.
Arzu
Medicina.az