İnsan orqanizmi üçün dağıdıcı təsirli zərərli çay növü məlum olub.
Bakupost.az xəbər verir ki, həkim dietoloq Yelena Solomatina paket çayların yarpaq dəmləmə çaylara nisbədən çox zərərli olduğunu deyib.
“Paket içərisinə çay zibili,yəni yarpaq çaydan geriyə qalan töküntü əlavə olunur. Çox xırda olduğu üçün o tez dəmlənir, rəngini buraxır. Eyni zamanda paketlərin materialında da toksiki maddə var. Onlar təbii materialdan hazırlanmır. Bir stəkan qaynar suya paket atıb içməyiniz çay anlamına gəlmir.
Məsləhət görərdim ki, təbii keyfiyyətli yarpaq dəmləmə çaya keçəsiz. Belə çayı içdikdə damar aterosklerozu yaranmır, mədə divarına antimikrob təsir edir, zehni açır”.
Aygün Musayeva
BakuPost