Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orqanizmdə yod çatışmazlığını necə təyin edək?

  • 2022.05.13 16:04
  • 2839 Baxış
Orqanizmdə yod çatışmazlığını necə təyin edək?


Bədəndə yod çatışmazlığı səbəbindən tiroid xəstəlikləri və ya xərçəngli lezyon inkişaf edə bilər.

Medicina.az xəbər verir ki, bu barədə “ diyetoloq Mixail Qinzburq danışıb.

O bildirib ki, yod tiroid hormonlarının sintezi prosesində və bədənin tam işləməsi üçün zəruri olan vacib bir mineraldır. Əks təqdirdə bir insan zobun meydana gəlməsinə səbəb olacaq hipotiroidizmlə qarşılaşa bilər.

“Qalxanabənzər vəzi böyüyür, iltihablanır, otoimmün tiroidit yaradır. Bu, vəzin öz anticisimlərinin onun hüceyrələrinə hücum etməyə başlaması səbəbindən baş verir. Bədəndə yod çatışmazlığı həm də düyünlü formasiyalar və xərçəng şişlərinin yaranması riskini də artırır ”, - həkim qeyd edib.

Qinzburqun sözlərinə görə, xarici əlamətlərə əsasən bədəndə yodun az olduğunu müəyyən etməyin bir yolu var. Məsələn, quru dəri, enerji itkisi, nəcis problemi, çəki artımı, yaddaş zəifliyi və zehni yorğunluq, gerilik bunu göstərə bilər.

Ekspert xəbərdarlıq edib ki, bu halda dərhal endokrinoloqa müraciət etmək və qalxanabənzər vəzi müayinəsindən keçmək lazımdır. /publika.az./