Böyrək xəstəlikləri uzun müddət ərzində gizli inkişaf edə bilər.
Böyrək xəstəlikləri həm də uzun müddət ərzində gizli inkişaf edə bilir. İnsanın uzun müddət orqanizmində inkişaf edən xəstəlikdən məlumatsız olması isə çox təhlükəlidir. Çünki xəstəlik bu zaman ərzində daha da irəliləyir və nəticədə böyrək çatışmazlığına gətirib çıxarır.
1. Ümumi intoksikasiya əlamətləri (zəiflik, hərarətin artması, baş ağrıları və s.)
2. Maye yığılması, şişkinlik, ödem
Böyrək xəstəlikləri zamanı ödemlər daha çox üzdə, gözlərin altında, göz qapaqlarında, bədənin yuxarı hissəsində müşahidə olunur.
Ürək xəstəlikləri zamanı isə ödemlər, əksinə, ayaqlarda olur.
Böyrək xəstəlikləri zamanı ödemlər səhər, ürək xəstəlikləri zamanı isə axşam müşahidə olunur.
3. Bel nahiyəsində sızıldayan ağrılar. Ağrılar bir və ikitərəfli ola bilər.
4. Sidikdə qan, irin, sidiyin bulanıq olması, sidiyin üzərində köpük.
5. Sidik ifrazının pozulması (sidik nazik şırnaqla və ya damcılarla ifraz olunur), ifraz olunan sidiyin azalması.
6. Susuzluq, ağızda quruluq.
7. Arterial təzyiqinin qalxması. Böyrək xəstəlikləri zamanı təzyiq uzun müddət yüksək qalır və təzyiqi salan dərmanlar kömək etmir...
Böyrək xəstəlikləri üçün aşağıdakı müalicəvi reseptlər var:
Dəmirağacın başında çay koluna oxşayan, yarpaqları çay yarpağına bənzəyən parazit bir bitki yaşayır. Bu bitkini yığıb, qurudub dəmləyərək 15-20 gün ərzində içmək böyrək müalicəsində çox effektivdir.
Lakin onu vurğulamaq lazımdır ki, o kol yaşlı və qoca dəmirağacların başında olur. Lənkəran və Masallı meşələrində var.
Bu, ən güclü müalicələrdən sayılır. Çürümüş , çirkin içində olan böyrəyi belə sağaltmaq gücünə malikdir.
2-ci müalicə isə üzərlik toxumu ilə edilir. Belə ki, üzərliyin toxumunu çaydana töküb, üzərinə 2 stəkan su əlavə etmək, daha sonra isə qaynatmaq lazımdır. Çaydanda 1 stəkan su qalana qədər qaynadıb, süzüb içmək böyrək xəstəliklərinin müalicəsində istifadə edilir.
Qeyd: təqdim olunan reseptlərdən istifadə etməzdən əvvəl, həkiminizlə məsləhətləşin.