Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orqanizmdə suyun az olmasını necə anlayaq? - Dietoloq açıqladı

  • 2021.03.15 10:17
  • 2251 Baxış
Orqanizmdə suyun az olmasını necə anlayaq? -  Dietoloq açıqladı
“Orqanizmimiz yeni doğulmuş körpə kimidir, bir istəyi varsa, "ağlayaraq" bizə anlatmağa çalışır. Bəs hamımız orqanizmin nə istədiyini anlaya bilirikmi? Müşahidə edib, daha həssas olsaq mütləq anlayarıq”.

Medicina.az xəbər verir ki, bunu sosial media hesabında dietoloq Azaya Musayeva yazıb. Onun sözlərinə görə, orqanizmdə suyun az olmasını belə anlaya bilərik:

•1. Sidiyə gec-gec getmək (gündə 2-3 dəfə). Sutka erzində sidiyin miqdarı - 800 ml-dən az. Maraq üçün özünüz ölçə bilərsiniz.
•2. Sidiyin rəngi - tünd sarı
•3. Sidiyin ümumi analizində duzların olması, xüsusi çəkisinin çox olması
•4. Qan analizində:

Hemotokrit, eritrosit ve trombositlərin yüksək olması. Əgər uşaqda eritrositlər yüksəkdirsə, bu dəmirin yüksək olması deyil, suyu az içdiyi üçün təbiidir.

•5. Qəbzlik
•6. Mədə göynəməsi: “izjoqa”, gəyirmələr
•7. Susuzluğu hiss etməmək
•8. Qarın boşluğunun ultrasəs müayinəsi zamanı: öd kisəsində daşların olması
•9. Qanın biokimyəvi analizində:

Qlükoza, xolesterin, ümumi zülal, bilirubinin normadan yüksək olması. Kreatinin isə sərhəd həddə olması

•10. Xarici elamətlər: dərinin quruması, dodağın quruması, yorğunluq, halsızlıq, baş ağrıları.