Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orqanizmdə parazitləri necə təyin etməli?

  • 2022.08.24 15:10
  • 1826 Baxış
Orqanizmdə parazitləri necə təyin etməli?

Qurdlar orqanizmə yaxşı bişməmiş, çirkli qidalardan, hətta suşidən, balıqdan keçə bilər.


"Medicina" xəbər verir ki, həkim endokrinoloq Zuhra Pavlova parazitləri təyin etməyin yollarını açıqlayıb.


"Bunun üçün qanın klinik analizi, nəcisin analizi, eləcə də qanda insulin analizi yoxlanmalıdır. Çünki orqanizmdə parazitlərin artmasının səbəbi insulinrezisdentlik ola bilər.

Orqanizm, xüsusən əzələlər insulinə normal cavab verə bilmir. Bununla belə orqanizmdə insulin çoxdur, amma o qlükozanı hüceyrələrə çatdıra bilmir. Hüceyrələr enerjisiz qalır.


Bu da bədəni parazitlərə həssas edir. Siqnallardan biri insanın daim aclıq hiss etnəsi və doymamasıdır.

Heyvan saxlayan, təsərrüfatla məşğul olan insanlar da risk altındadır. Onlar da ildə bir dəfə yoxlanmalıdır.
Özbaşına qurd müalicəsi almaq olmaz. Bu qaraciyər üçün təhlükəlidir".


Aygün Musayeva