Son 1 ildə insanlar küçədə və qapalı yerlərdə də maska taxmaq məcburiyyətində qaldığından indi orqanizmin oksigen aclığı mövzusu çox aktualdır.
Medicina.az xəbər verir ki, orqanizmin bütün orqan və sistemləri qanla, oksigenlə təchiz olunub çalışır.
Ciddi oksigen defisiti artıq hipoksiya hesab edilir.
Xüsusən qapalı ofis işlərində çalışanlar, təmiz havada az olanlar, çirkli atmosferi olan şəhərdə yaşayanlar, ağciyərlərdə istənilən problemi olanlar, ürək-damarlarda problemi olanlar, artıq çəkisi olanlar oksigen aclığı keçirə bilər.
Əlamətləri:
1. Ümumi zəiflik – yuxululuq, yorğunluq, yaddaş, diqqət, kordinasiya problemi, gəzəndə sanki səntələmə
2. Təngnəfəslik
Belə olduqda, ürəkdə yığılıb açılmaların sayı artır, ürək yüksək ritmdə işləyir və bu gələcəkdə taxikardiyaya səbəb ola bilər
3. Təzyiq – yuxarı və aşağı təzyiqin də bir səbəbi oksigen yetməzliyi ola bilər.
4. Dərinin rənginin dəyişməsi
Ağarmış, bozarmış dəri tipi olur.
5. Əl-ayağın buz olması – bəzi hallarda soyuq bütün bədəndə hiss olunur.
6. Baş ağrısı, baş gicəllənmə