Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orqanizmdə kalsium defisitinin fəsadları – TƏHLÜKƏLİ SİQNALLAR

  • 2021.03.13 17:09
  • 3457 Baxış
Orqanizmdə kalsium defisitinin  fəsadları  – TƏHLÜKƏLİ SİQNALLAR


Kalsium orqanizmə qan, oksigen, mayedən sonra vacib olan elementlərdən biridir, 150dən çox biokimyəvi prosesdə iştirak edir.

Kalsiy yetməzliyi çoxunuzun bildiyi ki, raxit, sümük əriməsi, diş tökülməsindən ibarət deyil. Onun fəsadları düşündüyünüzdən də çoxdur, hətta insanı zombiyə belə çevirə bilər.

Medicina.az kalsiy yetməzliyinin təhlükəli siqnallarını təqdim edir.

Müasir dövrdə həyat tərzi və qidalanma imkan vermir ki, orqanizmə lazım olan miqdar vitamin, mineral daxil olsun. İnsanlar anadan olandan kalsiy defisiti ilə üz-üzədir, çünki ana südü yoxdur, ya da verilmir, süni qidalarda defisitdir.
İnsan sümük və diş toxumalarında 1-1,8 kq –a qədər kalsium yerləşir. Bu isə bütün kalsium ehtiyatının 99%-dir.

Uşaqlar normal boy atmaq, sümük və əzələ sistemini formalaşdırmaq üçün kalsiy almalıdır, böyüklər isə yaş atdıqca kövrəkləşən sümüklərinin sıxlığını qorumaq və sınıqlara yol verməmək üçün sutkalıq kalsiy normasını qəbul etməlidir.

Qalan 1-2 % kalsiy hüceyrə və membran mayesində yerləşir.
Burda da onun rolu əvəzsizdir:

- Metobolik funksiyanı yerinə yetirir
- Hüceyrələrə qidalı maddələri daşıyır
- Hüceyrələr arasındakı informasiya mübadiləsini həyata keçirir
- Əzələ yığılıb açılmasına cavabdehdir
- Ürək ritmini tənzimləyir
- Allergiya və iltihab əleyhinə təsir edir

Kalsiy çatışmazlığını necə bilək?

Əgər sizdə D vitamini azdırsa, işiniz oturaqdırsa, gün işığı az görürsüzsə, dişləriniz və dırnaqlarınız qırılırsa, qidanızda ancaq un məmulatı, market qidaları, şirniyyat və transyağlar üstünlük təşkil edirsə, qadınlar hamiləlikdən qoruyucu hormonal dərmanlar içirsə, kişilər energetik içki, alkoqol, siqaret qəbul edirsə, içməli suyunuz mineralsız və xlorludursa, hər gün qəhvə, çaydan başqa heç nə içmirsizsə, sizdə 100% kalsiy kəskin təhlükəli həddə aşağıdadır və getdikcə də azalır.

İlkin simptomları:

- Yorğunluq, halsızlıq
- Yuxululuq
- İmmunitetin düşməsi
- Burundan qanaçılma, damaq qanaması
- Bədəndə səbəbsiz qançır, göyərmələrin yaranması
- Diş emalının pozulması
- dırnaq, saç qırılması
- vitamin D əskikliyi

Sümüklərdən kalsiyin yuyulub getməsi burxulma, çıxıq, sınıqların çoxalması və gec sağalması ilə nəticələnir.
Xüsusilə 50 yaşdan sonra ciddi təhlükə olan bud çanaq və onurğanın sınması baş verə bilər


Hansı analiz dəqiqdir?

Siz kalsiumu yoxlamaq üçün qandan kalsiy analizi verə bilərsiz, bu çətin deyil. Amma bu mənasız analizdir. Çünki kəskin defisitdə sümüklərdə olan kalsium yuyulub qana verilir və analizdə bu normal çıxa bilər.

Ən düzgün analiz paratireoid hormon analizidir.

Eləcə də sümüklərin sıxlığını yoxlamaq üçün densimetriya aparatından keçmək.