Orqanizmdə iltihabi prosesləri artıran populyar içkilər açıqlanıb.
"Medicina" xəbər verir ki, amerikalı mütəxəssislər kafelərdə çox tələbat olan kapucino və latte qəhvəli içkilərin iltihab yaratdığını deyir.
Bu içkilərə şəkər və əlavə qatqılar əlavə olunması iltihabi tətikləyir. Xüsusən süd də bu təsiri artırır.
Eləcə də yulaf südü şəkərlə iltihaba səbəb olur.
Uşaqların və gənclərin sevimli şirin çayı da eyni təsir edir.
Marketlərdə olan hazır şirin qəhvələr, smuzilər, şirələr də orqanizm üçün zərərlidir.
Mümkün qədər bu məhsulları almayın.
Aygün Musayeva