Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orqanizmdə asan həzm edilən kalsium mənbəyi - YUMURTA QABIĞI

  • 2019.08.08 17:07
  • 8050 Baxış
Orqanizmdə asan həzm edilən kalsium mənbəyi  - YUMURTA QABIĞI

Yumurta
qabığı orqanizm tərəfindən asanlıqla həzm edilən zəngin kalsium
mənbəyidir. Maddələr mübadiləsinin ən geniş yayılmış problemlərindən
biri əsasən sümükləri kövrəldən kalsium çatışmazlığıdır.


 


Medicina.az məlumatına görə, adi toyuq yumurtası qabığında
olan kalsium orqanizmdə ən müasir preparatlarda olandan daha asan
mənimsənilir.


Yumurtanın tərkibində 27 faydalı element var. Bir ədəd yumurta
qabığından təxminən 1 çay qaşığı toz əldə etmək mümkündür. Həmin tozun
yeməyə qarışdırılıb qəbul edilməsi çox faydalıdır. Yumurta qabığı dəriyə
sığallı görkəm verir və şəffaflıq bəxş edir, dırnaq və saçları
möhkəmləndirir, diş əti qanamalarını azaldır, yuxusuzluğun qarşısını
alır.


 


 


Yumurta qabığı əziləndən sonra yumurta ilə qarışdırılaraq üzə çəkilir, quruyandan sonra ilıq su ilə yuyulur. Çaydan ərp bağlayarkən və qazanın dibini yağ tutarkən təmizlik vasitəsi kimi də ondan istifadə etmək olar. Yumurta qabıqları bir parça torbaya qoyulur və ağ paltarlar
yuyularkən onun paltaryuyan maşına atılması ağ paltarları bəmbəyaz edir.


 


 


Hətta dibçək bitkilərinin dibinə tökdükdə onları qurumağa qoymur.
Yumurta tozu gübrə kimi bitkilərin dibinə töküləndə ziyanvericiləri məhv
edir. Ancaq onu da nəzərə almaq lazımdır ki, kalsiumun çox qəbul
edilməsi əzələ tutulmasına səbəb olur, təzyiqi qaldırır, ürək
döyüntülərini artırır. Zülalla zəngin yumurta qabığının çoxlu faydası
olduğu kimi zərərli xüsusiyyətləri də var.