Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orqan transplantasiyası xarakteri dəyişir - Araşdırma

  • 2024.05.20 10:00
  • 844 Baxış
Orqan transplantasiyası xarakteri dəyişir -  Araşdırma
ABŞ alimləri orqan transplantasiyası olan insanların şəxsiyyətində dəyişikliklərin aşkar edildiyini açıqlayıblar.

Medicina.az xəbər verir ki, Kolorado Universitetinin alimləri tərəfindən “Transplantology” jurnalında dərc edilən araşdırmada 47 orqan nəqli hadisəsi araşdırılıb.

Alimlər 23 ürək transplantasiyasını və 24 digər orqan nəqlini araşdırarkən müəyyən ediblər ki, həmin insanların 89 faizində şəxsiyyət dəyişikliyi müşahidə edilib.

Ürək nəqli edilən bəzi insanların qidalanma rejiminin, sənətə meylinin, cinsi oriyentasiyasının və vərdişlərinin dəyişdiyi bildirilir.

1990-cı ildə gənc musiqiçinin ürəyi nəql edilən xəstənin qəfildən musiqiyə sevgi duymağa başlaması da xüsusi qeyd edilib.

Kolorado Universitetinin rəsmiləri bildiriblər ki, bu cür dəyişikliklər hər hansı bir orqanın transplantasiyasından sonra baş verə bilər. Odur ki, son dövrlərdə gündəmə gələn heyvanlardan insana orqan nəqli məsələsi ətrafında qalmaqalın daha da böyüyəcəyi gözlənilir.

Alimlər hansı orqan nəqlinin xarakterdə hansı dəyişikliklərə səbəb olduğunu anlamaq üçün araşdırmalarına davam edəcəklər.


Aysel