Orqan transplantasiyası, orqan bankı, səhiyyə ilə bağlı son yeniliklər – Rəşad Mahmudov danışır
Orqan transplantasiyası, orqan bankı, səhiyyə ilə bağlı son yeniliklər – Rəşad Mahmudov danışır
2018.11.11 14:16
8960 Baxış
Ölkəmizdə orqan transplantasiyası ilə bağlı vəziyyət nə yerdədir? Ən çox hansı orqan köçürülməsinə tələbat var? Bu günə qədər hansı səbəbdən ölkəmizdə ürək trasnplantasiyası icra olunmayıb?
Millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının İdarə heyətinin sədri Rəşad Mahmudov Medicina.az saytına verdiyi geniş müsahibəsində orqan transplantasiyası ilə bağlı məlumat verir:
- 2005-ci ildən Azərbaycanda transplantalogiya sahəsində yeni bir mərhələ başlayıb.
- 2009-cu ildə isə ilk dəfə Cənubi Qafqaz regionunda məhz Azərbaycanda canlıdan canlıya qaraciyər transplantasiyası icra edilib. Ölkəmizdə icra olunan qaraciyər transplantasiyasının sayı artıq 100-ü, böyrək transplantasiyasının sayı isə 400-ü keçib.
- Növbəti il səhiyyə sahəsinə ayrılan büdcə vəsaitində 42 % artım var. Ən əsası isə Azərbaycan səhiyyə büdcəsində psixoloji baryer olan 1 milyard səviyyəsinin aşılması çox ciddi irrəliləyişdir.