İsveçdə yerləşən Cellink şirkəti 10-20 il ərzində transplantasiya olunacaq orqan ixtira edəcəyini açıqlayıb.
Medicina.az xəbər verir ki, şirkətdən bunun 3D formatda olacağı bildirilib. İdarə heyətinin rəhbəri Erik Gatenholm son texnologiyanın inanılmaz nəticələrə gətirib çıxaracağını bildirib:
"Paltartikən maşın parçanın üzərində neçə naxış qoyursa, 30 dəqiqəlik bir prosedur, bioloji mürəkkəb vasitəsilə insan bədəninin üzvlərini elə hazırlamaq mümkün olacaq. Hazırda ixtira edilən orqanlar bəzi dərmanların testləri üçün istifadə edilir”.
Məqsədin orqan çatışmazlığı xəstəliyinə çarə tapmaq olduğunu qeyd edən heyət bunu ən qısa zaman ərzində gerçəkləşdirəcəyini ifadə edib.
Qeyd edək ki, Erik Gatenholm İsveçin Göteborg şəhərində qurulan bio yazıçılar mövzusunda lider olan Cellink adlı şirkətin qurcusunun ortağı və rəhbəridir.